Qelebə.az / “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Yarımfinalın ikinci cütlüyü müəyyənləşib

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Yarımfinalın ikinci cütlüyü müəyyənləşib

5-05-2023, 14:52

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində ikinci yarımfinal cütlüyü müəyyənləşib.

“Report”un məlumatına görə, pley-off mərhələsində keçirilən Çexiya – Ukrayna matçının ardından son yarımfinalçı da bilinib.

Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan çexiyalılar mübarizəni davam etdiriblər. Adıçəkilən komanda axşam saatlarında finala vəsiqə uğrunda Qazaxıstanla üz-üzə gələcək.

Qeyd edək ki, turnirin digər yarımfinal görüşündə Azərbaycan və Serbiya milliləri qarşılaşacaqlar.

Geri qayıt