Qelebə.az / “Napoli” 1990-cı ildən sonra yenidən İtaliya çempionu olub

“Napoli” 1990-cı ildən sonra yenidən İtaliya çempionu olub

5-05-2023, 01:22

“Napoli” futbol klubu 1990-cı ildən sonra yenidən İtaliya A seriyasının qalibi olub.

“QELEBE.AZ” xəbər verir ki, A seriyasının 33-cu turunda “Napoli” səfərdə “Udineze”nin qonağı olub və matç 1:1 hesabı ilə sona çatıb.

İlk hissədə hesabı “Udineze”nin futbolçusu Sendi Lovriç açıb. Fasilədən 7 dəqiqə sonra Viktor Osimen hesabı bərabərləşdirib.

Bu, Luçano Spalettinin yetirmələrinə sona beş tur qalmış turnirin qalibi olmaq imkanı verib. Belə ki, xallarının sayını 80-ə çatdıran klub ikinci pillədə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayır. Beləliklə də “Napoli” A seriyasının sonuna 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Napoli” ümumilikdə üçüncü dəfə “Skudetto”nun sahibi olub.

Çempionatın bitməsinə 5 tur qalmış ikinci yerdə Roma “Latsio”su (64), Turinin “Yuventus”u (63) ilk üçlükdə qərarlaşıb.

Geri qayıt