Qelebə.az / “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Qazaxıstan yığması yarımfinala yüksəlib - YENİLƏNİB

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Qazaxıstan yığması yarımfinala yüksəlib - YENİLƏNİB

4-05-2023, 17:41

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

“Report”un məlumatına görə, B qrupunun son matçında Fransa ilə Qazaxıstan yığmaları üz-üzə gəliblər.

Bakı Tennis Akademiyasındakı görüş Qazaxıstanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qazaxıstan millisi qrup birincisi kimi birbaşa yarımfinala vəsiqə qazanıb. Fransa və Ukrayna isə digər qrupun 2-3-cü yerlərini tutacaq komandalarla pley-offda üz-üzə gələcəklər.

Qeyd edək ki, qrupun digər qarşılaşmasında Türkiyə CAR-a 10:2 hesabı ilə qalib gəlib. Bu gün A qrupu çərçivəsində İtaliya – Çexiya və Azərbaycan – Serbiya görüşləri olacaq.

Komanda

O

Q

H

M

T-F

X

1

Qazaxıstan

4

3

0

1

9-4

9

2

Fransa

4

2

1

1

18-5

7

3

Ukrayna

4

2

1

1

11-6

7

4

Türkiyə

4

2

0

2

14-9

6

5

CAR

4

0

0

4

4-32

0

16:38

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

“Report”un məlumatına görə, B qrupunda yer alan Türkiyə ilə CAR yığmaları Bakı Tennis Akademiyasında IV tur matçında üz-üzə gəliblər.

Afrikalılar ilk üç matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Türkiyənin 10 qoluna cəmi 2 topla qarşılıq verə biliblər – 2:10. Bu qələbə ilə xallarının sayını 6-ya çatdıran Türkiyə yığması qrupu üçüncü pillədə başa vurmaq üçün hazırda davam edən digər görüşdə Fransanın Qazaxıstana qalib gəlməsinə ümid etməlidir.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində İtaliya – Çexiya və Azərbaycan – Serbiya görüşləri olacaq.

Geri qayıt