Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina Bakıda keçiriləcək Avropa çempionatının tanıtım çarxına çəkiliblər.
“QELEBE.AZ”un məlumatına görə, tanıtım çarxı “Shine like a star” (“Ulduz kimi parla”) şüarı altında 38 ölkədən bədii gimnastika ulduzlarının iştirakı ilə keçiriləcək qitə çempionatının yerli təşkilat komitəsi tərəfindən hazırlanıb.
Qeyd edək ki, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı 17-21 may tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.