Qelebə.az / "Sabah" - "Beşiktaş" matçının başlama saatı bəlli olub

"Sabah" - "Beşiktaş" matçının başlama saatı bəlli olub

3-05-2023, 18:43

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı bəlli olub.

Bakı klubundan "QELEBE.AZ"a verilən məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Geri qayıt