Qelebə.az / “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB-2

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB-2

3-05-2023, 16:26

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, B qrupunda yer alan Türkiyə ilə Qazaxıstan yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

İlk iki turda məğlub olan türkiyəlilərin güclü rəqibə də uduzmaları gözlənilirdi. Lakin Qazaxıstan seçməsi ardıcıl iki qələbədən sonra budəfəki rəqibinə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, günün bundan əvvəlki oyunlarında Ukrayna CAR-ı 6:1, Çexiya Gürcüstanı 6:3 hesablı məğlub edib.

14:33

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan Gürcüstanla Çexiya yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

İlk iki turda rəqibləri ilə bərabərə qalan çexiyalılar turnirdə birinci qalibiyyətlərini əldə ediblər. Qarşılaşma Gürcüstan seçməsinin 3:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Gürcüstan millisi qrupda son matçını bu gün axşam saatlarında Azərbaycan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, günün ilk oyununda Ukrayna CAR üzərində 6:1 hesablı qələbə qazanıb.

12:46

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, B qrupunda yer alan Ukrayna ilə CAR yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

Afrikalılar ilk iki matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Ukraynanın 6 qoluna cəmi 1 topla qarşılıq verə biliblər – 1:6. Nəticədə Ukrayna millisi turnirdə ikinci qalibiyyətini əldə edib.

Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Türkiyə - Qazaxıstan və Ukrayna – Fransa matçları olacaq. A qrupunda isə Gürcüstan – Çexiya, Serbiya – İtaliya və Azərbaycan – Gürcüstan görüşləri keçiriləcək.

Geri qayıt