Qelebə.az / İspaniya La Liqasını tərk edəcək ilk komanda müəyyənləşib

İspaniya La Liqasını tərk edəcək ilk komanda müəyyənləşib

3-05-2023, 11:50

İspaniya La Liqasını tərk edəcək ilk komanda müəyyənləşib.

“Report”un məlumatına görə, XXXIII turda “Almeriya”ya 1:2 hesabı ilə məğlub olan “Elçe”nin elitada qalmaq şansı tükənib.

Çünki sona 5 tur qalmış aktivində 16 xal olan “Elçe” La Liqada qalmağı təmin edən yerdən – 17-ci pillədəki “Valensiya”dan 17 xal geri qalır. Beləliklə, Sebastian Bekkakekenin yetirmələri üç mövsümdən sonra elita ilə vidalaşıblar.

Qeyd edək ki, “Elçe” 2020/2021 mövsümündə La Liqaya yüksəlib.

Geri qayıt