Qelebə.az / Azərbaycan gimnastları Dünya kuboku üçün Portuqaliyaya yollanıblar

Azərbaycan gimnastları Dünya kuboku üçün Portuqaliyaya yollanıblar

3-05-2023, 12:10

Azərbaycanın bədii gimnastları Portuqaliyada keçiriləcək Dünya Kuboku üçün yola düşüblər.

Federasiyadan “QELEBE.AZ”a verilən məlumata görə, 8 idmançı Portimao şəhərində təşkil olunacaq “Challenge” seriyasına aid Dünya Kubokuna qatılacaq.

Yığma üzvlərindən Zöhrə Ağamirova və Kamilla Seyidzadə fərdi, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətlərində çıxış edəcəklər.

Geri qayıt