Qelebə.az / Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

16-09-2022, 10:00

UEFA Konfrans Liqasının qrup mərhələsində II tur matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada İsveç "Yurqorden"indən Emmanuel Banda, Türkiyə "Başakşehir"indən Serdar Gürler, Ukraynanın "Dnipro-1" komandasından Artyom Dovbik və Almaniya "Köln"ündən Deyan Lyubiçiç iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında

səsvermə yolu ilə müəyyənləşəcək.
Geri qayıt