Qelebə.az / Premyer Liqa: "Sabah" növbəti qələbəsini qazanıb

Premyer Liqa: "Sabah" növbəti qələbəsini qazanıb

29-04-2023, 20:24

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, günün ikinci matçında "Sabah" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 7-ci dəqiqədə Aleksey Kaşuk vurub.

Xallarının sayını 74-ə çatdıran meydan sahibləri ikinci pillədə qərarlaşıb. Bölgə klubu 23 xalla 9-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i eyni hesabla yenib. Turun "Zirə" - "Turan Tovuz" və "Qəbələ" - "Səbail" oyunları mayın 1-də, "Neftçi" - "Qarabağ" qarşılaşması isə mayın 2-də baş tutacaq.

Geri qayıt