Qelebə.az / "Formula 1"dən Azərbaycan Qran-prisi ilə bağlı növbəti paylaşım: "Bakı heç vaxt məyus etmir"

"Formula 1"dən Azərbaycan Qran-prisi ilə bağlı növbəti paylaşım: "Bakı heç vaxt məyus etmir"

28-04-2023, 20:16

"Formula 1"in sosial şəbəkə hesabları Azərbaycan Qran-prisi ilə bağlı növbəti paylaşımı edib.

"Report"un məlumatına görə, videoçarxda sıralama turunun ən maraqlı anlarından ibarət görüntülər yer alıb.

Paylaşımın üzərində isə bu cümlə yazılıb: "Bakı heç vaxt məyus etmir".

Qeyd edək ki, "Formula 1"də sıralama turunu "Ferrari" pilotu Şarl Lekler ilk pillədə bitirib.

Geri qayıt