Qelebə.az / Dünya çempionatı: Azərbaycanın həndbol millisi Nigeriyaya uduzub

Dünya çempionatı: Azərbaycanın həndbol millisi Nigeriyaya uduzub

27-04-2023, 23:42

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında təşkil edilən dünya çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, yığma D qrupundakı ikinci matçında Nigeriya seçməsi ilə üz-üzə gəlib.

İlk turda ev sahiblərinə uduzan Azərbaycan yenə məğlubiyyətlə üzləşib. Görüş Afrika təmsilçisinin 35:17 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda qrupdakı son oyununda Qvatemala ilə qarşılaşacaq.

Qeyd edək ki, mundiala aprelin 30-da yekun vurulacaq.

Geri qayıt