Qelebə.az / Kante "Arsenal"a keçməyə razılıq verib

Kante "Arsenal"a keçməyə razılıq verib

26-04-2023, 23:50

İngiltərənin "Çelsi" komandasının futbolçusu N Qolo Kante "Arsenal"a keçməyə razılıq verib.

"Report"un "Fichajes" nəşrinə istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi "topçular"la anlaşıb. O cari mövsümün sonunda "zadəganlar"ı Londonun digər təmsilçisinə dəyişəcək.

"Arsenal" 32 yaşlı oyunçuya 1+2 illik müqavilə təklif edib. Futbolçu agentlərinə bu komandaya keçməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, N Qolo Kante 2016-cı ildən "Çelsi"nin formasını geyinir.

Geri qayıt