Qelebə.az / Din Liren şahmat tacı uğrunda görüşdə hesabı bərabərləşdirib

Din Liren şahmat tacı uğrunda görüşdə hesabı bərabərləşdirib

26-04-2023, 16:52

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.

“Report”un məlumatına görə, 12-ci qarşılaşma Lirenin qələbəsi ilə yekunlaşıb.

31 yaşlı qrossmeyster ağ fiqurlarla 38-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Liren bu qələbədən sonra ümumi hesabı yenidən bərabərləşdirib - 6:6.

Qeyd edək ki, şahmatçılar arasında daha iki görüş olacaq.

Geri qayıt