Qelebə.az / Azərbaycanın qrup hərəkətləri komandası Bakıdakı yarışda növbəti medalı qazanıb

Azərbaycanın qrup hərəkətləri komandası Bakıdakı yarışda növbəti medalı qazanıb

23-04-2023, 17:17

Bədii gimnastika üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.

"Report"un məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub.

Kollektiv ötən gün çoxnövçülük proqramında da bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.

Geri qayıt