Qelebə.az / Avropa çempionatı: Taleh Məmmədov və Eldəniz Əzizli gümüş medal qazanıblar

Avropa çempionatı: Taleh Məmmədov və Eldəniz Əzizli gümüş medal qazanıblar

22-04-2023, 21:12

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report" xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı Leri Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.

Rəqibinə məğlub olan Məmmədov yarışın gümüş medalına sahib çıxıb.

55 kq-dakı ikiqat qitə çempionu Eldəniz Əzizli eyni raundda Adem Uzuna (Türkiyə) uduzaraq gümüş medalla kifayətlənib.

Bu gün, həmçinin, 130 kq-dakı Sabah Şəriəti finalda Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

Geri qayıt