Qelebə.az / Vaqif Cavadov "Sumqayıt"ın əvəzedici komandasına baş məşqçi təyin olunub

Vaqif Cavadov "Sumqayıt"ın əvəzedici komandasına baş məşqçi təyin olunub

21-04-2023, 19:28

"Sumqayıt"ın əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, bunadək "gənclik şəhəri" təmsilçisinin U-19 kollektivinə rəhbərlik edən Vaqif Cavadov "Sumqayıt-2"nin sükanı arxasına keçib.

34 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi "Sumqayıt"ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi postunda 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.

Geri qayıt