Qelebə.az / Azərbaycan Basketbol Liqası: Lider növbəti qələbəsini qazanıb

Azərbaycan Basketbol Liqası: Lider növbəti qələbəsini qazanıb

20-04-2023, 22:32

Azərbaycan Basketbol Liqasında XXVII turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, çempionatın lideri "Sabah" play-offdan kənarda qalmış "Sərhədçi" ilə qarşılaşıb.

"Sərhədçi" İdman Mərkəzində baş tutan görüş qonaqların 89:86 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Trevor Blekmon (26 xal, 6 ribaund) və "Sabah"dan Entoni Patti (33 xal, 4 ribaund) olublar.

Bu qələbədən sonra xallarını 47-yə çatdıran "Sabah" ilk pillədəki mövqeyini möhkəmləndirib.

Geri qayıt