Qelebə.az / Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20-04-2023, 09:40

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Federasiyadan “QELEBE.AZ”a verilən məlumata görə, yarış aprelin 22-23-də baş tutacaq.

Digər gimnastlar Sara Əlixanlı, Sənəm Kazımova, Dilarə Qurbanova və Məryəm Topçubaşova isə eyni şəhərdə təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Geri qayıt