Qelebə.az / Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Turan Tovuz"la qarşılaşacaq

Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Turan Tovuz"la qarşılaşacaq

19-04-2023, 07:20

Futbol üzrə Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

“Report” xəbər verir ki, "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək.

Saat 16:00-da start götürəcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Komandalar indiyədək ölkə kuboku tarixində üz-üzə gəlməyiblər. Cavab görüşü aprelin 26-da gerçəkləşəcək.

Qeyd edək ki, ilk yarımfinal matçında "Qəbələ" evdə "Səbail"i 3:2 hesabı ilə üstələyib.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

19 aprel

16:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu

Geri qayıt