Futbol üzrə Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinə start veriləcək.
"QELEBE.AZ" xəbər verir ki, ilk matçda "Qəbələ" "Səbail"i qəbul edəcək.
İndiyədək bu turnirdə komandaların yolları bir dəfə kəsişib. 2017/2018 mövsümünə təsadüf edən 1/4 final qarşılaşmalarının hər ikisində qələbə qazanan əyalət təmsilçisi mərhələ adlayıb - 1:0 və 4:2.
Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyun
18 aprel
18:00. "Qəbələ" - "Səbail"
Qəbələ şəhər stadionu
Qeyd edək ki, aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.