Qelebə.az / Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

15-09-2022, 15:30

Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bahadır Beratı (Türkiyə) ipponla məğlub edib. Onun 1/4 final finaldakı rəqibi Anton Kleynos (Polşa) olacaq.

Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Piresə (Portuqaliya) qalib gəlsə də, növbəti görüşündə Tornike Maziaşviliyə (Gürcüstan) uduzub.

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva 1/8 finalda Sila Ersinə (Türkiyə), 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) yenilib.

13:02

Azərbaycan cüdoçusu Nizami İmranov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Rikardu Pireslə (Portuqaliya) üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibinə vazari xalı ilə qalib gələn İmranov 1/8 finala yüksəlib. İdmançı növbəti raundda Tornike Maziaşvili (Gürcüstan) ilə görüşəcək.

Qadınların yarışında 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) uduzub.

Qeyd edək ki, bu gün 60 kq-dakı Turan Bayramov və 48 kq-dakı Könül Əliyeva da mübarizəyə start verəcək.

Avropa çempionatında 39 ölkədən 203 oğlan, 146 qız olmaqla, ümumilikdə 349 cüdoçu mübarizə aparır.

Geri qayıt