Qelebə.az / Riçard Almeyda Azərbaycan çempionatında 25-ci penaltisini vurub

Riçard Almeyda Azərbaycan çempionatında 25-ci penaltisini vurub

17-04-2023, 10:48

Riçard Almeyda Misli Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi buna XXX turda nail olub.

Braziliya əsilli futbolçu “Sabah”la görüşdə (1:2) 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.

Qeyd edək ki, Almeyda XXI əsrdə çempionatda ən çox penalti vuran oyunçudur.

Geri qayıt