Qelebə.az / Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

15-09-2022, 11:30

Fransanın "Nant" klubunun Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün sifariş etdiyi futbolçular açıqlanıb.

"QELEBE.AZ" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, səfər matçında 20 oyunçu baş məşqçi Antuan Kambuarenin sərəncamında olacaq.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya (İspaniya), 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo (Kamerun), 27. Moyzes Simon (Nigeriya), 31. Mustafa Məhəmməd (Misir), 55. Abdul-Kader Bamba

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Geri qayıt