Qelebə.az / Avropa Liqası: "Yuventus"dan çətin qələbə, "Sevilya" məğlubiyyətdən qaçıb

Avropa Liqası: "Yuventus"dan çətin qələbə, "Sevilya" məğlubiyyətdən qaçıb

14-04-2023, 00:58

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, bu raundda daha 3 qarşılaşma keçirilib.

İspaniya "Sevilya"sı İngiltərədə "Mançester Yunayted"lə əzmkar heç-heçə edib. "Qırmızı şeytanlar" ilk hissədən sonra hesabda öndə olsalar da, ikinci yarıda qələbəni əldən veriblər. "Yuventus" İtaliyada Portuqaliya "Sportinq"i üzərində çətin qələbə qazanıb. Belçika "Union"u isə Almaniyada "Bayer"lə heç-heçəyə razılaşıb.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
13 aprel

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) - 2:2
Qollar:
Marsel Zabitser, 14; 21 - Xesus Navas, 85. Harri Maquayr, 90+3 (avtoqol)

23:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) - 1:0
Qol:
Federiko Qatti, 73

23:00. "Bayer" (Almaniya) - "Union" (Belçika) - 1:1
Qollar:
Florian Virts, 83 - Viktor Bonifase, 51

Qeyd edək ki, cavab matçları aprelin 20-də keçiriləcək.

22:57

UEFA Avropa Liqasında 1/4 final oyunlarına start verilib.

"QELEBE.AZ"un məlumatına görə, bu mərhələnin açılış matçında İtaliya "Roma"sı Niderlandda "Feyenoord"un qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 53-cü dəqiqədə Mats Viffer vurub. 43-cü dəqiqədə isə "canavarlar"dan Lorentso Pelleqrini penaltidən yararlana bilməyib.

Komandalar arasında cavab oyunu aprelin 20-də keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final
13 aprel

20:45. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) - 1:0
Qol: Mats Mats Viffer, 53
İstifadə edilməyən penalti: Lorentso Pelleqrini, 43

Qeyd edək ki, 1/4 finalın digər 3 matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri qayıt