Qelebə.az / Avropa Liqası: "Roma" səfərdə "Feyenoord"a uduzub

Avropa Liqası: "Roma" səfərdə "Feyenoord"a uduzub

13-04-2023, 22:57

UEFA Avropa Liqasında 1/4 final oyunlarına start verilib.

"QELEBE.AZ"un məlumatına görə, bu mərhələnin açılış matçında İtaliya "Roma"sı Niderlandda "Feyenoord"un qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 53-cü dəqiqədə Mats Viffer vurub. 43-cü dəqiqədə isə "canavarlar"dan Lorentso Pelleqrini penaltidən yararlana bilməyib.

Komandalar arasında cavab oyunu aprelin 20-də keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final
13 aprel

20:45. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) - 1:0
Qol: Mats Mats Viffer, 53
İstifadə edilməyən penalti: Lorentso Pelleqrini, 43

Qeyd edək ki, 1/4 finalın digər 3 matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri qayıt