Qelebə.az / Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edilib

Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edilib

12-04-2023, 14:00

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.

Federasiyadan “Report”a verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.

İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.

Geri qayıt