Qelebə.az / Azərbaycan millisi Türkiyə ilə heç-heçə edib

Azərbaycan millisi Türkiyə ilə heç-heçə edib

11-04-2023, 18:24

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə ilə yoldaşlıq oyunu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, "Dalğa Arena"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk oyunda "ay-ulduzlular" 1:0 hesablı qələbə qazanmışdı.

Geri qayıt