“Ximki” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev Rusiya təmsilçisinin sabiq baş məşqçisi Spartak Qoqniyevlə münaqişəsindən danışıb.
"QELEBE.AZ" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə "Championat" nəşrinə müsahibəsində bildirib.
Quliyev bu insidentin komandaya təsir etmədiyini söyləyib: "Qoqniyevlə münaqişəmizin səs yazısı sosial şəbəkədə qarşıma çıxdı. Amma baxmadım və ciddiyə almadım".
Orta xətt oyunçusu bu hadisənin ona çox şey öyrətdiyini sözlərinə əlavə edib: "Başa düşdüm ki, bir insan qəzəblənirsə, onu qızışdırmaq lazım deyil".
Qeyd edək ki, "Ximki" ilə 2024-cü ilin iyununadək müqaviləsi olan Ayaz Quliyevin Azərbaycan millisində çıxış edəcəyi gözlənilir.