Qelebə.az / Azərbaycan Basketbol Liqası: "Gəncə" evdə "Sabah"a uduzub

Azərbaycan Basketbol Liqası: "Gəncə" evdə "Sabah"a uduzub

8-04-2023, 17:04

Azərbaycan Basketbol Liqasında (ABL) XXV tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Sabah" Gəncədə eyniadlı komandanın qonağı olub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma Bakı təmsilçisinin 87:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarını 43-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 42 xala malik "Gəncə" isə 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 9-u, 10-u və 11-də keçiriləcək.

Geri qayıt