Qelebə.az / Turab Teymurov: "Formula 1"in Azərbaycan üçün iqtisadi və sosial faydaları çoxdur"

Turab Teymurov: "Formula 1"in Azərbaycan üçün iqtisadi və sosial faydaları çoxdur"

8-04-2023, 12:12

"Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki "Formula 1"in iqtisadi və sosial faydaları çoxdur".

Bunu "Report"a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir: "Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. "Formula 1"lə hazırkı anlaşmanın müddəti bu il başa çatacaq.

Geri qayıt