Qelebə.az / "Real Madrid" fransalı futbolçuya 1 milyard avro qiymət qoyacaq

"Real Madrid" fransalı futbolçuya 1 milyard avro qiymət qoyacaq

8-04-2023, 10:57

İspaniya "Real Madrid"i futbolçusu Eduardu Kamavinqaya uzunmüddətli müqavilə təklif edəcək.

"Report"un məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, fransalının maaşı ilə yanaşı, sərbəst qalma məbləği də artırılacaq. İddiaya görə, bu rəqəm 1 milyard avro olacaq. Sözləşmənin cari mövsümünü sonunadək yenilənəcəyi gözlənilir.

Qeyd edək ki, 21 yaşlı oyunçunun "kral klubu" ilə hazırkı müqaviləsinin müttədi 2027-ci ilin iyununda başa çatacaq.

Geri qayıt