Qelebə.az / Mauro İkardi "Qalatasaray"ın tarixinə düşüb

Mauro İkardi "Qalatasaray"ın tarixinə düşüb

5-04-2023, 23:18

Argentinalı futbolçu Mauro İkardi "Qalatasaray"ın tarixinə düşüb.

"QELEBE.AZ" "NTV Spor"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İstanbul təmsilçisinin NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.

Təcrübəli forvard bunu "Başakşehir"ə qarşı keçirilən Türkiyə Kubokunun 1/4 final oyununun 51-ci dəqiqəsində fərqlənməklə bacarıb. O, komandasının 2-ci qoluna imza atıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən qarşılaşmada "Cim-Bom" rəqibinə uduzur - 2:3.

Geri qayıt