Qelebə.az / Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

28-08-2022, 21:30

"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə çempionatlarıı tarixində 200-cü qolunu vurub.

"QELEBE.AZ" "Opta Sport"a istinadən xəbər verir ki, 29 yaşl forvard yubiley qoluna hazırda səfərdə "Nottingem Forest"ə qarşı keçirdikləri Premyer Liqanın IV tur matçında imza atıb.

5-ci dəqiqədə fərqlənən ingiltərəli oyunçu hələlik görüşdə yeganə topun müəllifidir.

Qeyd edək ki, 200 qoldan 186-sı Premyer Liqada, 9-u Çempionşipdə, 5-i isə I Liqada qeydə alınıb.

Geri qayıt