Qelebə.az / Azərbaycan sablyaçıları dünya çempionatından Vətənə tarixi nailiyyətlə qayıdıblar

Azərbaycan sablyaçıları dünya çempionatından Vətənə tarixi nailiyyətlə qayıdıblar

5-04-2023, 02:05

Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında çıxış edən Azərbaycan sablyaçıları Vətənə qayıdıb.

"Report"un məlumatına görə, qılıncoynadanları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri, idmançıların yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, yarışda Azərbaycanı 4 sablyaçı təmsil edib. Zərifə Hüseynova qızların şəxsi yarışında gümüş medal qazanaraq tarixi uğura imza atıb. Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov isə mundialı medalsız başa vurublar.

Geri qayıt