Qelebə.az / Premyer Liqa matçında hakimi itələyən futbolçuya 8 oyunluq cəza verilib

Premyer Liqa matçında hakimi itələyən futbolçuya 8 oyunluq cəza verilib

4-04-2023, 20:26

İngiltərənin "Fulhem" komandasının futbolçusu Aleksandar Mitroviç cəzalanıb.

"Report" xəbər verir ki, buna serbiyalı hücumçunun İngiltərə Kubokunun 1/4 final mərhələsində "Mançester Yunayted"ə 1:3 hesabı ilə uduzduqları səfər oyunundakı davranışı səbəb olub.

Matçın referisi Kris Kavananın qərarlarından narazı qaldığı üçün onu itələyən 29 yaşlı forvarda 8 oyunluq cəza verilib.

Qonaqların baş məşqçisi Marko Silva isə qarşıdakı 2 görüşdə texniki zonada yer almayacaq.

Geri qayıt