Qelebə.az / Aleksander Çeferin Avropa Super Liqasının təsisçilərini ələ salıb

Aleksander Çeferin Avropa Super Liqasının təsisçilərini ələ salıb

4-04-2023, 00:02

UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqasının təsisçiləri olan İtaliyanın "Yuventus", İspaniyanın "Barselona" və "Real Madrid" klublarını ələ salıb.

"QELEBE.AZ"un məlumatına görə, sloveniyalı funksioner "La Gazzetta dello Sport" nəşrinə açıqlamasında həmin komandaların son aylarda müxtəlif problemlərlə üzləşdiklərini xatırladıb.

O bildirib ki, futbolun xilaskarı qismində çıxış edən 3 klubdan biri maliyyə maxinasiyasına, digəri isə hakimlər komitəsinin rəhbərlərindən birinə pul köçürməsinə görə məsuliyyətə cəlb olunub: "Görək, üçüncü klubla bağlı nə baş verəcək? Açığı, onların futbolu necə xilas edəcəklərini görmək maraqlı olacaq".

Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Avropa Super Liqasında İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.

Geri qayıt