Qelebə.az / Azərbaycanın yeniyetmə qılıncoynadanı dünya çempionatında gümüş medal qazanıb 

Azərbaycanın yeniyetmə qılıncoynadanı dünya çempionatında gümüş medal qazanıb 

2-04-2023, 22:51

Qılıncoynatmanın sablya növündə Azərbaycanın yeniyetmə idmançısı Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, qrup mərhələsini 5 qələbə ilə bitirən idmançı yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü 4-lüyə yüksəlib.

Azərbaycan təmsilçisi yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gəlib. Finalda Macarıstan qılıncoynadanı Emese Domonkosla qarşılaşan Zərifə Hüseynova rəqibinə 12:15 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalını qazanıb.

İdmançı bununla da Azərbaycan qılıncoynatma tarixində ilkə imza atıb.

Xatırladaq ki, Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Geri qayıt