Qelebə.az / "Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

14-09-2022, 09:30

Fransanın "Nant" komandası "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Bakıya gəlib.

"QELEBE.AZ"un məlumatına görə, rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb.

Saat 17:15-də Liqa 1 təmsilçisinin baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Arrivés

#QFKFCN pic.twitter.com/1EfvBREdCN— FC Nantes (@FCNantes) September 13, 2022
Geri qayıt