Qelebə.az / Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

13-09-2022, 21:30

Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rza Kayaalp Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Amin Mirzəzadə ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Sonuncu xal prinsipi ilə qalib gələn 33 yaşlı təcrübəli güləşçi 5-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, Rza Kayaalp bu nəticə ilə ölkəsində yunan-Roma güləşinin tarixinə düşüb.

Geri qayıt