Qelebə.az / AVRO-2024: İsveç yığması Azərbaycan millisi ilə oyunda üçüncü qolu vurub

AVRO-2024: İsveç yığması Azərbaycan millisi ilə oyunda üçüncü qolu vurub

28-03-2023, 00:25

İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qol vurulub.

“Report” xəbər verir ki, meydan sahibləri 3-cü dəfə fərqləniblər.

79-cu dəqiqədə Viktor Dyekereş adını tabloya yazdırıb.

İsveç seçməsi hazırda 3:0 hesabı ilə öndədir.

00:11

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qol vurulub.

“Report” xəbər verir ki, meydan sahibləri ikinci dəfə fərqlənməyə müvəffəq olublar.

Daha doğrusu, Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə 65-ci dəqiqədə avtoqol müəllifi olub.

İsveç seçməsi hazırda 2:0 hesabı ilə öndədir.

23:50

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, meydan sahibləri hazırda 1:0 hesabı ilə öndədirlər.

38-ci dəqiqədə Emil Forsberq fərqlənib.

23:34

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

“Report” xəbər verir ki, meydan sahibləri fasiləyə 1:0 hesabı ilə öndə yollanıblar.

38-ci dəqiqədə Emil Forsberq fərqlənib.

23:25

Stokholmdakı “Friends Arena”da İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda hesab açılıb.

“Report” xəbər verir ki, meydan sahibləri 38-ci dəqiqədə fərqləniblər.

Yarımmüdafiəçi Emil Forsberq dəqiq zərbə ilə Azərbaycan yığmasını mərkəzə dəvət edib.

İsveç seçməsi hazırda 1:0 hesabı ilə öndədir.

22:46

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyunu başlayıb.

“Report” xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı fransalı Stefani Frapparın rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

21:25

AVRO-2024-ün seçmə mərhələsinin II turunda üz-üzə gələcək İsveç və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 2. Linus Valkvist, 6. Qabriel Qudmundsson, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 10. Emil Forsberq, 21. Deyan Kuluşevski, 17. Viktor Dyekereş, 9. Aleksander İsak

Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 4. İsak Hein, 7. Viktor Klaesson, 8. Yesper Karlsson, 11. Antoni Elanqa, 13. Ken Sema, 14. Edvin Kurtuluş, 15. Karl Starferlt, 16. Yesper Karlström, 20. Kristoffer Olsson, 22. Robin Quayson

Baş məşqçi: Yanne Andersson

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 10. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 13. Azər Salahlı, 14. Rüstəm Əhmədzadə, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Stokholm şəhərindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Geri qayıt