Qelebə.az / Türkiyə futbol millisi Ermənistanı məğlub edib

Türkiyə futbol millisi Ermənistanı məğlub edib

25-03-2023, 22:55

Ermənistan-Türkiyə futbol matçı Türkiyənin qələbəsi ilə başa çatıb.

APA xəbər verir ki, oyun 1-2 hesabı ilə bitib.

İrəvanda keçirilən oyunda hesab 10-cu dəqiqədə açılıb. Ozan Kabakın öz qapısına vurduğu qol Ermənistanı hesabda irəli keçirib.

34-cü dəqiqədə Orxan Kökçünün rəqib qapısına vurduğu qolla hesab bərabərləşib.

63-cü dəqiqədə Kərəm Aktürkoğlunun zərbəsi ilə Türkiyə millisi irəli keçib və hesab oyunun sonunadək dəyişməyib.

Geri qayıt