Qelebə.az / İtaliya millisinin seçmə mərhələlərdəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb

İtaliya millisinin seçmə mərhələlərdəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb

24-03-2023, 10:53

İtaliya millisinin Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

"QELEBE.AZ"un məlumatına görə, yığma İngiltərəyə qarşı AVRO-2024-ün seçmə matçında uğursuzluqla üzləşib.

Rəqibinə 1:2 hesabı ilə yenilən komanda son olaraq 2006-cı ilin sentyabrında Fransaya uduzmuşdu - 1:3.

İtalyanlar əvvəlki 40 qarşılaşmanın 36-da qələbə qazanıb, 4-dəfə isə heç-heçə ediblər.

Geri qayıt