Qelebə.az / Azərbaycan futzalçıları AÇ-nin əsas seçmə mərhələsində növbəti oyununu keçirib

Azərbaycan futzalçıları AÇ-nin əsas seçmə mərhələsində növbəti oyununu keçirib

24-03-2023, 03:34

On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Bosniya Herseqovinada yerli yığmaya qarşı oyun 4:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin heyətində Şahbaz Həndəmli fərqlənib.

U-19 qrupda sonuncu oyununu martın 25-də Yunanıstan yığmasına qarşı oynayacaq.

Geri qayıt