Qelebə.az / Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçıları sırasına düşüb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçıları sırasına düşüb

21-03-2023, 15:40

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatçıları sırasına düşüb.

Federasiyadan “Report”a verilən məlumata görə, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vuran yeniyetmə idmançı 1/4 finalda Duru Kırbacı, yarımfinalda Gülce Dönmezi mübarizədən kənarlaşdırıb.

Finalda digər yerli idmançı Nil Başarana 2:3 hesabı ilə uduzan Məmmədli turnirin gümüş mükafatına layiq görülüb.

Geri qayıt