Qelebə.az / Azərbaycanın FIFA referisi İsrail - Polşa oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi İsrail - Polşa oyununu idarə edəcək

18-03-2023, 10:22

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi ilk oyun bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, 32 yaşlı hakim 6-cı qrupun İsrail - Polşa matçında iş başında olacaq.

Ona Pərvin Talıbov və ingiltərəli Daniel Robathan laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Brooks yerinə yetirəcək.

Qeyd edək ki, martın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçiriləcək.

Geri qayıt