Qelebə.az / "Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

13-09-2022, 00:00

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv I mərhələnin ilk oyununda Xorvatiyada "Hayduk"la üz-üzə gəlib. "Polyud" stadionundakı görüş "qırmızı-qaralar"ın 0:3 hesablı məğlubuiyyəti ilə başa çatıb.

Meydan sahiblərindən qolları 24-cü dəqiqədə Yere Vrçiç, 51-ci dəqiqədə Marun Kalusiç və 83-cü dəqiqədə Kresimir Nazor vurub.

Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.

Geri qayıt