Qelebə.az / "Yuventus" ulduz futbolçu ilə vidalaşır

"Yuventus" ulduz futbolçu ilə vidalaşır

15-03-2023, 23:59

İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqba ilə vidalaşır.

"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisi cari mövsümün sonunda fransalı yarımmüdafiəçiyə azad agent statusu verəcək.

Tez-tez zədələnən 30 yaşlı oyunçunun "Qoca sinyora" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Pol Poqba bu mövsüm "Yuventus"da iki oyunda cəmi 35 dəqiqə meydanda olub.

Geri qayıt