Qelebə.az / Qurban Qurbanov: "İlk 2 qoldan sonra oynamaq daha rahat oldu"

Qurban Qurbanov: "İlk 2 qoldan sonra oynamaq daha rahat oldu"

15-03-2023, 20:37

"Bizim üçün vacib matç idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal əldə etmək istəyirdik. Hər şey düşündüyümüz kimi alındı. İlk 2 qoldan sonra oynamaq daha rahat oldu".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis futbolçularının meydanda çox məsuliyyətli davrandıqlarını bildirib: "Həm də istəkli idilər. Onları təbrik edirəm. Rəqibə isə uğurlar arzulayıram. Həm "Sumqayıt" azarkeşlərinə, həm də öz fanatlarımıza təşəkkürümü bildirirəm".

Geri qayıt