Qelebə.az / Rusiya klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb

Rusiya klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb

15-03-2023, 18:59

Rusiyanın "Saturn" klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb.

"Report" xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Ərazi mühasirəyə alınıb, 12 nəfər, o cümlədən stadionun üç əməkdaşı oradan təxliyə edilib. İstehkamçılar hələlik qumbaranın aşkarlandığı yerə gəlib çatmayıblar.

Qeyd edək ki, "Saturn" hazırda II Liqada çıxış edir.

Geri qayıt